Daha bir milli DÇ-yə vəsiqə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir milli DÇ-yə vəsiqə qazandı

İdman

10 Oktyabr 2025 09:36 426


DÇ-2026-nın əsas mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu, Əlcəzair yığması olubb.

Komanda Afrika zonası üzrə seçmə məhələnin 9-cu turu çərçivəsində Somaliyə 3:0 hesabı ilə qalib gəlib. Əlcəzair G qrupunda sona 1 tur qalmış xallarının sayını 22-yə çatdırıb və ən yaxın izləyicisi Uqandanı 4 xal qabaqlayıb. Dominos pizza

Əlcəzair DÇ-2026-da iştirakı rəsmiləşən 20-ci ölkədir. Daha əvvəl Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Özbəkistan, Avstraliya, Mərakeş, Tunis, Misir, Argentina, Ekvador, Braziliya, Uruqvay, Paraqvay, Kolumbiya və Yeni Zelandiya da bunu bacarıb. ABŞ, Kanada və Meksika isə ev sahibi ölkələr kimi mundiala vəsiqə qazanıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!