Daha bir neçə rayonun azad edilməsi üçün böyük imkanlar açılıb   - TƏHLİL + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Daha bir neçə rayonun azad edilməsi üçün böyük imkanlar açılıb - TƏHLİL + VİDEO

Rəsmi

17 Oktyabr 2020 22:20 2560


Ali Baş Komandanın ilk müjdəsini verdiyi məhz bu yüksəkliklər şanlı ordumuzun yolunu üzü Qarabağa doğru bir az da genişləndirəcək.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı, istefada olan polkovnik-leytenant Vahid Quliyev deyib.

O bildirib ki, Kiçik Qafqazın cənub yamacında yerləşən bu yüksəkliklər sayəsində Azərbaycan Ordusu Şuşa, Əsgəran, Xocalı, Qubadlı, Zəngilan, Laçın, həm də Xocavənd istiqamətində çox asanlıqla hərəkət edə bilər. Dördpendirli pizza

Vahid Quliyevin sözlərinə görə, Ağdama doğru uzanan bu dağ silsiləsinin üstündə və ətəyində Xocavənd rayonu , onun kəndləri, həmçinin Hadrut yerləşir.

Vahid Quliyevin sözlərinə görə, Cəbrayıl istiqamətində ələ keçirdiyimiz strateji yüksəkliklər imkan verəcək ki, düşmənin gediş-gəliş, o cümlədən, təminat-təchizat yolları da Azərbaycan Ordusunun nəzarətində olsun.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!