Daha bir ölümcül virus aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir ölümcül virus aşkarlandı

Sağlamlıq

14 Sentyabr 2019 17:24 1278


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) naməlum xəstəlikdən baş vermiş son ölüm hadisəsini araşdırmaq üçün Tanzaniyaya mütəxəssislərdən ibarədə xüsusi qrup göndərib.

"Yeni Sabah" "Trend"ə istinadən xəbər verir ki, daha öncə bu ölkədə bir nəfərin naməlum xəstəlikdən qəribə simptomlarla ölməsi barədə xəbər yayılmışdı. Belə ki, ilkin təhlillər zamanı bir qadında həm “Ebola”, həm “Denge” və malyariya qızdırmasının simptomları müşahidə edilib. Qadının həyatını xilas etmək mümkün olmayıb.

ÜST hadisə ilə bağlı ətraflı məlumat üçün Tanzaniya Səhiyyə Nazirliyinə müraciət edib. Araşdırmaların nəticəsi barədə qısa zamanda məlumat veriləcəyi qeyd edilib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!