Daha bir partiya özünü buraxdı

saytların hazırlanması

Evə çatdırılma

Daha bir partiya özünü buraxdı

Siyasət

19 Aprel 2023 11:09 661


Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırıb.

Yenisabah.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Müstəqil Xalq Partiyası (MXP) aprelin 18-də fəaliyyətinə son verib.

MXP 2020-ci ildə qeydiyyatdan keçib. Partiyanın sədri Əflan İbrahimov idi. O, "El" Hərəkatı Ali Məclisinin sabiq sədr müavini olub. Dördpendirli pizza

Bununla da fəaliyyətini dayandıran partiyaların sayı 14-ə çatıb. Müstəqil Azərbaycan, Azərbaycan Vahid Kommunist, Sosial Demokrat, Liberal Demokrat, Milli Vəhdət, Sosial Rifah, Azərbaycan Naminə Alyans, Təkamül, Birlik, Azad Respublikaçılar, Azərbaycan Respublikaçılar, Yeni Yol, Milli Demokrat və Müstəqil Xalq partiyaları öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!