Daha bir partiya özünü buraxdı - 9 oldular...

saytların hazırlanması

Evə çatdırılma

Daha bir partiya özünü buraxdı - 9 oldular...

Siyasət

07 Aprel 2023 17:43 801


Son iki ayda Azərbaycanda fəaliyyətinə son verən partiyaların sayı 9-a çatıb. 

Yenisabah.az xəbər verir ki, 1993-cü ildə təsis edilən, 1995-ci ildə dövlət qeydiyyatına alınan Azərbaycan Vahid Kommunist Partiyası fəaliyyətini dayandırıb. 

İdeologiyasının əsasında marksizm-leninizm, kommunizm ideyaları dayanan partiya iki qola parçalanıb. Birinə Sayad Sayadov, digərinə Musa Tukanov sədrlik edib. Sayad Sayadovun rəhbərlik etdiyi partiya sonradan adını Azərbaycan Fəhlə Kommunist Partiyası olaraq dəyişdirib.  pizza sifarişi

Sayad Sayadov 2011-ci ilin oktyabr ayının 30-da, Musa Tukanov isə 15 aprel 2019-cu ildə vəfat edib. 

Bundan əvvəl Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!