Daha bir partiya sədri Prezidentliyə namizədliyini irəli sürdü

saytların hazırlanması

Evə çatdırılma

Daha bir partiya sədri Prezidentliyə namizədliyini irəli sürdü

Siyasət

18 Dekabr 2023 10:46 488


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev prezident seçkilərində namizədliyini irəli sürəcək. 

Yenisabah.az xəbər verir ki, deputatın rəhbərlik etdiyi partiyanın İdarə Heyətinin onun namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. 

Deputatın müvafiq sənədlərinin tezliklə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyi bildirilir.  Toyuqlu pizza

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin namizədliyi irəli sürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!