Daha bir qədim ağac aşdı - Bu dəfə turist bazasında

saytların hazırlanması

Evə çatdırılma

Daha bir qədim ağac aşdı - Bu dəfə turist bazasında

Kriminal

30 Avqust 2019 09:15 1367


Mingəçevirdə 120 ildən artıq yaşı olan qovaq ağacı gecə saatlarında kökündən qoparaq yaşayış ərazisinə aşıb.

"Yeni Sabah" APA-ya istinadən bildirir ki, hadisə Mingəçevir Su Anbarı hövzəsində yerləşən köhnə turist bazasında baş verib.

Məcburi köçkünlərin məskunlaşdığı bu bazanın giriş qapıları önündə qəfildən aşan qovaq ağacının 120 ildən artıq yaşı olduğu deyilir. Nəhəng ağac iri gövdə və budaqları ilə ətrafa yayılıb. Hətta ətrafındakı nisbətən gənc həmişəyaşıl ağacların da bir qisminin üstünə düşərək onlara da zərər verib. Hadisə gecə saatlarında baş verdiyindən turist bazası ərazisində məcburi köçkünlərdən zərərçəkən şəxs olmayıb. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!