Daha bir qohum nazirlikdə vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Daha bir qohum nazirlikdə vəzifəyə təyin olundu

Sosial

25 Yanvar 2019 20:10 2302


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında daha bir təyinat olub. 

Nazir Sahil Babayevin müvafiq əmri ilə Məmmədəliyev Mahmud Məmməd oğlunu Təminat (təsərrüfat) şöbəsinin müdiri təyin edib.  

M.Məmmədəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Vüsal Nəsirlinin qayınıdır.  pizza

Xatırladaq ki, bir müddət öncə İsmayıl İsrafilov Nazirliyin nəzdindəki Tikilməkdə olan obyektlərin müdiriyyətinə direktor təyin etmişdi. İ.İsrafilov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Hidayət Abdullayevin bacısının həyat yoldaşıdır. 

Təyinat xəbərini nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib. 

Unikal.org

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!