Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin apardığı monitorinqlər zamanı Agentlik əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexinə baxış keçirilib.
AQTA-dan “Yeni Sabah”a daxil olan məlumat görə, baxış zamanı fiziki şəxs Azad Mirzə oğlu Aslanova məxsus “Əmirvar” əmtəə nişanlı alkoqolsuz içkilərin istehsalı sexində texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərin pozulduğu aşkarlanıb.
Sexdə məhsul istehsalında mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, hazır məhsulların analizlərinin aparılmadığı, istehsal prosesində istifadə olunan suyun müvafiq filtrdən keçirilmədiyi, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu, məhsul istehsalında istifadə olunan xammalın və köməkçi materialların düzgün şəraitdə saxlanılmadığı müəyyən edilib. Pepperoni pizza
Qeyd edək ki, aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sexin fəaliyyəti məhdudlaşdırılıb.
Faktla bağlı araşdırmalar davam edir.
Telegram kanalımız