“Daha nə qədər körpə ölməlidir?!” - Brilliant Paşinyana   SƏSLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

“Daha nə qədər körpə ölməlidir?!” - Brilliant Paşinyana SƏSLƏNDİ

Mədəniyyət

15 Oktyabr 2020 12:50 1291


Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə atəşə tutub. Ermənilərin Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Yenisabah.az-a danışan Xalq artisti Brilliant Dadaşova bu hadisələri dünyaya çatdırmaq üçün  informasiya cəhbəsində səsimizi daha çox çıxarmalı olduğumuzu bildirib:

“Biz informasiya müharibəsində öndə olmağa çalışmalıyıq, baş verənləri, səsimizi dünyaya çatdırmalıyıq. Mən də sosial şəbəkə hesablarımda həqiqətləri dünyaya çatdırmaq üçün rus dilində çağırışlar edirəm”.   Dördpendirli pizza

Sənətçi rus mediasında ölkəmizə aid gerçəkləri danışdığı üçün Maksim Şevçenkoya təşəkkür edib:

“Göstərdiyi videoda Şevçenko, Paşinyanın özündə olmadığını deyir. O, deyir ki, Paşinyan İngilis jurnalistə müsahibə verərkən, İkinci Tiqranın vəsiyyətinə əməl etdiyini deyib, ingilis jurnalist isə 1000 il bundan əvvəlki söhbətlərin bu günkü günümüzə, BMT nin qərarlarına heç bir aidiyyatı olmadığını və belə iddialara görə Paşinyanla danışmağın mənasız olduğunu qeyd edib”.

Dadaşova Paşinyanın II Tiqranın ruhu ilə danışdığını qeyd edib və Paşinyana müraciət edib:

 “O ruhdan soruş gör daha nə qədər körpə ölməlidir? Nə qədər qan və göz yaşı tökülməlidir ki, sizin qəddarlığınıza, Bütöv Qafqaza və qonşularınıza bəslədiyiniz kin-küdurətə son qoyulsun?!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!