Damla üçün daha bir şok...

saytların hazırlanması

Evə çatdırılma

Damla üçün daha bir şok...

Şou

02 Mart 2019 21:13 4619


Müğənni Damla hakerlərin hücumuna məruz qalıb.

Məşhurun ümumi baxış sayı 35 milyondan çox olan “Youtube” kanalı silinib. “Yeni Sabah” xəbər verir ki, bu barədə instaqram hesabında Damla özü məlumat verib. O, hesabının silindiyini qeyd edib: “Mən kənardan bu qədərmi təhlükəli görsənirəm? İndi də "Youtube" kanalımı sındırdınız. Nəyin savaşına çıxmısınız? Allahın yazdığı qisməti, uğuru, silməyəmi cəhd edirsiniz? Allahla Allahlıqmı etmək istəyirsiniz? "Çamadan" mahnımız 1 günə trenddə 1-ci oldu. Həmin an kanalı sındırdınız. Bu qədər nifrəti içinizdə necə daşıya bilirsiniz? Mahnını silin, klipi silin, kanalı silin, bəs sonra? Allah ucaltdığını Allah yıxar. Bilirəm, mənim səssizliyimə dözmək çox çətindir. Hakerlərə tökdüyünüz pulları bir kasıbın qarnını doyurmağa ayırsanız, Allah da sizi ucaldar. O səhifəni onsuz da bərpa edəcəyik. Allah hər kəsin qəlbinə görə verir. Bu da keçəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!