Danışıqlar dalana dirəndi –   Yenə müharibə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Danışıqlar dalana dirəndi – Yenə müharibə olacaq?

Siyasət

01 Dekabr 2022 11:56 1702


“Ermənistan terrorçu dövlətdir və bu gün postmüharibə dövründə baş verənlər bir daha onu göstərdi ki, Ermənistan xarici siyasət və diplomatiyanı terrorizə edərək Azərbaycanı təhrik etməyə çalışır. Əgər bu cəhdlərlə nəyəsə nail olmağa ümid edirsə, bu, baş tutan deyil”.

Bu fikirləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, İrəvanın hazırkı davranışları Ermənistana kənardan idxal edilən siyasi terrorun göstəricisidir: Marqarita pizza

“Xaricdən onlara verilən yalançı vədlərin motivasiyası nəticəsində bu məsələlər ortaya çıxır. Dünənə kimi ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasının zərurətindən danışan Baş nazir Nikol Paşinyanı bu addımlara sövq edənlər sabah, o, dara düşəndə heç bir köməyi edə bilməyəcəklər. 44 günlük müharibədə havadarları Ermənistana sözlə kömək etməkdən o yana gedə bilmədiyi kimi. 

Odur ki, Ermənistan, nəhayət, dövlət kimi davranmağı bacarmalı və öz milli maraqlarından çıxış etməlidir. Sabah müzəffər Azərbaycan ordusu gücünü nümayiş etdirəndə yenə də kimlərsə haradansa onlara sözlə dəstək verəcək”.

H. Babaoğlunun fikrincə, İrəvan yenə də autizm simulyasiyası diplomatiyası həyata keçirir:

“Yəni Ermənistan 2 ildir yerində sayır və yalançı bir ümidin ətrafında fırlanır, eləcə də bu prosesdə özünü zərərçəkən kimi göstərir. Amma vaxt Ermənistanın əleyhinə işləyir. Əgər belə davam edəcəksə, şübhəsiz, Azərbaycan hazırkı mərhələdə öz ərazisini qanunsuz erməni silahlı birləşmələrindən təmizləmək üçün müvafiq addımlar atacaq. Ermənistanın vəziyyətini daha da pisləşdirəcək. Nə qədər ki, vəziyyət daha da pisləşməyib, soyuqqanlı davranmağı bacarmalıdır. Bu gün Ermənistanın davranışı göstərir ki, o, müstəqil bir dövlət deyil, kənardan idxal olunan diplomatiya ilə hərəkət edir.

Azərbaycan mümkün sülh prosesində maraqlarını diktə etməyə çalışan imperialist mərkəzlərin heç birinə güzəştə getməyəcək. Bu, Şimala da, Qərbə də, Cənuba da aiddir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!