Danışıqlar: İrəvanın xahişini Bakı rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

Danışıqlar: İrəvanın xahişini Bakı rədd etdi

Siyasət

03 Aprel 2023 08:32 1103


Sərhəddəki danışıqlarda Azərbaycan və Ermənistan nümayəndələri ilə yanaşı, Rusiya sülhməramlılarının nümayəndələri də iştirak edib.

“Yeni Sabah” Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

İddia edilib ki, Ermənistan tərəfdən danışıqları Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan aparıb. Toyuqlu pizza

Erməni nəşri yazır ki, Abazyan azərbaycanlıları bu günlərdə tutduqları mövqelərdən "Dostluq abidəsi"nə qədər geri çəkilməyə razı salmağa çalışıb.

Lakin danışıqlar nəticə verməyib və azərbaycanlılar öz mövqelərində qalıblar.

Qeyd edək ki, Dağ-Gorunzur (Tex-Kornidzor) ərazisində Azərbaycan və Ermənistan nümayəndələri arasında görüşün baş tutduğu haqda Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yaymışdı.

Bildirilirdi ki, nümayəndələr sərhədin dəqiqləşdirilməsi üzrə işlər aparıb, nəticədə bu seqmentdə vəziyyət xeyli yaxşılaşıb.

Xatırladaq ki, ermənilərin "böyük və kiçik sünik memorial"ı adlandırdıqları "abidə" Ordumuzun nəzarətinə keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!