“Danışıqların müsbət nəticələrlə yekunlaşacağına ümid var” - Rusiyalı deputat

saytların hazırlanması

Evə çatdırılma

“Danışıqların müsbət nəticələrlə yekunlaşacağına ümid var” - Rusiyalı deputat

Siyasət

01 Mart 2022 07:14 497


Rusiya və Ukrayna nümayəndə heyətləri arasında daha bir görüş keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyəti ilə Belarusda keçirilən görüşdə iştirak edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski jurnalistlərə məlumat verib.

O deyib ki, beş saat davam edən danışıqlar zamanı gündəlikdə olan bütün məsələlər müzakirə olunub. Nümayəndə heyətləri ümumi mövqeləri proqnozlaşdırmağa imkan verən bəzi məqamlar tapıblar. pizza hut

Növbəti görüşün yaxın günlərdə Belarus-Polşa sərhədində baş tutacağı gözlənilir.

Danışıqlarda iştirak edən rusiyalı deputat Leonid Slutski bildirib ki, nümayəndə heyətlərinin danışıqları zamanı irəliləyişə nail olmağa imkan verən bəzi müddəalar əldə edilib. O danışıqların ətraflı və detallı aparıldığını və müsbət nəticələrlə yekunlaşacağına ümid olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!