“Danışır Xocalı” sənədli filmi təqdim olunub

saytların hazırlanması

Evə çatdırılma

“Danışır Xocalı” sənədli filmi təqdim olunub

Xalqın səsi

25 İyun 2019 22:24 1429


Bu gün “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin hazırladığı “DANIŞIR XOCALI” sənədli filminə ictimai baxış keçirilib.

“Yeni Sabah” xəbər verir ki, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2 ay ərzində həyata keçirilən “DANIŞIR XOCALI” – sənədli film” layihəsini yekunlaşdırıb.

Layihə çərçivəsində erməni faşistlərinin törətdiyi, bəşəriyyətin ən qanlı faciələrindən biri olan Xocalı Soyqırımının canlı şahidlərinin, o cümlədən yerli və xarici ekspertlərin iştirakı ilə irihəcmli “DANIŞIR XOCALI” sənədli filmi çəkilib. “DANIŞIR XOCALI” sənədli filminin Azərbaycan publikası üçün ictimai baxışı bu gün World Businness Center-də təşkil olunub. Dördpendirli pizza

Filmin nümayişindən əvvəl çıxış edən “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər layihə haqqında ətraflı danışaraq, belə bir filmin çəkilməsi ideyasının Xocalı Soyqırımının beynəlxalq miqyasda tanıdılmasına töhfə vermək niyyətindən qaynaqlandığını vurğulayıb.

“DANIŞIR XOCALI” sənədli filminin ictimai baxışında millət vəkilləri, QHT və media rəhbərləri, yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışında film haqqında təəssüratlarını millət vəkili Fəzail Ağamalı, Azərbaycan-Türkiyə Evinin ( ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı, “DANIŞIR XOCALI” sənədli filminin məsləhətçisi, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat və digərləri çıxış edib.

Yekunda çıxış edən “DANIŞIR XOCALI” – sənədli film layihəsinin rəhbəri Aqil Ələsgər Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində hər kəsin əlindən gələni etməli olduğunu bildirib:

“İdeal bir film hazırladığımızı iddia etməsək də, Xocalı Soyqırımı ilə bağlı bir iş görməyə çalışdıq. Biz dövlətimizin isimsiz əsgərləriyik və bununla qürur duyuruq”.

Qeyd edək ki, “DANIŞIR XOCALI” sənədli filminin ingilis dilində ilk nümayişi bu il iyunun 21-də “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu və Azərbaycan Diaspor İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Tiflisdə təşkil olunan “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” adlı beynəlxalq konfrans çərçivəsində baş tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!