2013-cü ildə çap etdirdiyi “Daş yuxular” romanından sonra Azərbaycan ictimaiyyətinin kəskin etirazı ilə üzləşən yazıçı Əkrəm Əylisli qalmaqallı əsəri barədə danışıb. Təltifləri ləğv olunan, kitabları yandırılan yazıçı illər sonra bu əsəri barədə ictimaiyyətə fikirlərini deyib.
Yenisabah.az xəbər verir ki, Milli Kitab Sərgisində imza günü keçirilən Ə. Əylisli sözügedən əsəri ilə erməni xalqını azərbaycanlılara nifrət etməkdən çəkindirdiyini bildirib.
Onun sözlərinə görə, “Daş Yuxular”ı oxuyan erməni Azərbaycan xalqına kin və nifrət bəsləyə bilməz: pizza mizza
““Daş Yuxular” təkcə əsər deyil, həm də əməldir. Bəzi əsərlər əməldir, məsələn, “Sevil” əsəri həm də əməldir. “Sevil” əsərinə qədər Sevil adı Azərbaycanda yox idi. Həmin əsərdən sonra qızlara nə qədər Sevil adı qoyuldu.
“Daş yuxular” haqda hərə bir söz deyir, amma həmin əsərin azərbaycancası nəşr olunmayıb. Bir nəfər yalandan onu tərcümə edib, o tərcümə mənim əsərim ola bilməz, mənim sözümü heç kəs mən səviyyədə yaza bilməz. Kimsə ordan-burdan oxuyub, əsər haqda informasiya alıb və o informasiyanı yayıb, bu isə mənlik deyil.
Mən “Daş yuxular”ı səmimi, Azərbaycanı çox sevən, Azərbaycan xalqının əxlaqının böyüklüyünə inanan, ona güvənən insan yaza bilərdi, bu hər adamın işi deyil.
Mən Azərbaycana güvənə-güvənə ermənini bir balaca təriflədim ki, bəlkə tərifə layiq oldular. Qoy elə bilsinlər ki, elə mənim yazdığım kimidirlər, elə bilməsinlər ki, biz onlar haqqında ancaq pis fikirdəyik, gözümüz götürmür.
Mən bu fikri dönə-dönə demişəm, fikirlərim xaricdə də çap olunub. Mən erməni xalqının bir qismini Azərbaycan xalqına nifrət etməkdən uzaqlaşdırmışam. O əsəri oxuyan Azərbaycan xalqına nifrət bəsləyə bilməz. Qoy, heç olmasa 10 erməni mənim əsərimi oxuyub Azərbaycan xalqına nifrət bəsləməsin!”
Əsmətxanım Rzazadə
Telegram kanalımız