Daşınan yük yola dağıldı, hərəkət çətinləşdi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Daşınan yük yola dağıldı, hərəkət çətinləşdi - VİDEO

Hadisə

06 Mart 2026 17:00 432


Bakının Nizami rayonu, Heydər Əliyev prospekti, “Bağırov” körpüsü üzərindən geriyədönmədə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. 

Hərəkət zamanı yük avtomobilinin üzərində olan yükün bir hissəsi yola aşıb. Nəqliyyatın hərəkətində yaranan çətinliyiN qısa müddətdə həll edilməsi və yükün yoldan götürülməsi üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Dominos pizza

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yük avtomobillərinin sürücülərinə müraciət edərək bildirir ki, Qanuna əsasən, yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.

Yük daşınarkən adamlar təhlükəyə məruz qoyulmamalı, şəxsi və ya digər əmlaka zərər vurulmamalıdır. Bununla yanaşı, nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!