Daşınmaz əmlakını dövlət qeydiyyatına almaq istəyən, lakin müvafiq qurumlara müraciət etmək imkanı olmayan şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi səyyar kampaniyalarda iştirak edə bilər.
“Yeni Sabah” xəbər verir ki, bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasından paytaxtın Pirşağı qəsəbəsinin sakinləri yararlana biləcək. Daşınmaz əmlakın qeydiyyatı üzrə xidmətlər 4-8 fevral tarixlərində saat 09:00-dan 17:00-a qədər Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qurtuluş küçəsindəki (keçmiş Əjdər Məlikov küçəsi) (Anar marketin yaxınlığında) mobil ofisdə göstəriləcək.
Sosial aksiya çərçivəsində qeydiyyat xidmətlərinin göstərilməsi ilə bərabər, vətəndaşlara hüquqi məsləhətlər veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq. pizza hut
Telegram kanalımız