Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Daşkənddə keçirilən "Məharət - 2025" kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa çatıb.
Yenisabah.az xəbər verir ki, ssenariyə uyğun olaraq, təlim zamanı qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və neytrallaşdırılması məqsədilə xususi əməliyyatın planlaşdırılması, eləcə də modelləşdirmə və simulyasiya proqram təminatları üzərindən praktiki fəaliyyətlər icra edilib.
Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Dominos pizza
Sonda "Məharət - 2025" kompüter dəstəkli birgə komanda-qərargah təlimində fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Telegram kanalımız