Daşkəsəndə əl qumbaraları aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Daşkəsəndə əl qumbaraları aşkarlandı

Kriminal

07 Mart 2019 22:03 878


Martın 7-də Daşkəsən Rayon Xoşbulaq kənd sakini Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti - Zəng mərkəzi Sisteminə zəng edərək bildirib ki, Qoşqar çayının Xoşbulaq kəndi ərazisindən keçən hissəsində bir neçə əl qumbarası aşkarlayıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, faktla bağlı dərhal Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları və ANAMA-nın çevik əməliyyat qrupu hadisə yerinə gələrək baxış keçirib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 21 ədəd “F-1”, 2 ədəd “FQ-5” əl qumbarası və 21 ədəd pardladıcı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaralarının tapıldığı yerin ətrafında 100 m2 əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Dördpendirli pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!