Daşkəsəndə ər arvadını baltaladı 

saytların hazırlanması

Evə çatdırılma

Daşkəsəndə ər arvadını baltaladı 

Kriminal

24 İyun 2024 10:12 632


İyunun 24-də saat 02 radələrində Daşkəsən rayonu, Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Daşkəsən rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.  pizza

Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!