Daşkəsəndən qaçdığı deyilən Əhəd Abıyev danışdı:   “Nə edim, bəs?”

saytların hazırlanması

Evə çatdırılma

Daşkəsəndən qaçdığı deyilən Əhəd Abıyev danışdı: “Nə edim, bəs?”

Siyasət

06 May 2021 18:35 3328


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev barəsində yayılan məlumatlara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Ə.Abıyev deyib ki, hazırda iş başındadır.

İcra başçısı yayılan məlumatların doğru olmadığını bildirib: “Gəncədə tədbirə qatılmışam. Ona görə rayonu tərk etmişəm. Yeni zavodun inşası ilə bağlı müzakirələr aparılır. Sentyabrda Daşkəsəndə böyük zavod tikiləcək. Yaponiya da dəstək verəcək. Çalışırıq ki, işsizlik aradan qaldırılsın, nə edim bəs?! Pepperoni pizza

Ə.Abıyev torpaq alqı-satqısında adının hallanmasına da münasibət bildirib: “Xoşbulaq kənd Bələdiyyəsinin sədri Rasim Allahverdiyevlə Gəncə sakini arasında torpaq alqı-satqısı olub. Burada qanunauyğunluq pozulub. Vətəndaş da prokurorluğa şikayət edib, yoxlama aparılıb. Hazırda iş məhkəmədədir. Rasim Allahverdiyev də həbs edilib. Mübahisəli məsələdir, məhkəmə baxır. Hadisə 2007-ci ildə olub. Həmin vaxt da rayon icra hakimiyyətinin başçısı mən olmamışam. Ona görə də mənə aidiyyatı yoxdur. Adımı hallandırırlar, mənə nə dəxli var? Yazını yazan əvvəlcə araşdırmalıdır…”./Pravda.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!