David İşxanyan iki dəfə Bakıdan Ermənistana zəng edib 

saytların hazırlanması

Evə çatdırılma

David İşxanyan iki dəfə Bakıdan Ermənistana zəng edib 

Maraqlı

01 Noyabr 2023 16:01 899


Qarabağdan qovulmuş separatçıların qondarma “parlament sədri” David İşxanyan iki dəfə Bakıdan Ermənistandakı qohumları ilə əlaqə saxlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə onun oğlu “Azatutyun” müxbirinə bildirib. 

Onun sözlərinə görə, atası birinci dəfə oktyabrın 10-da, ikinci dəfə isə oktyabrın 13-də zəng edib.  Pepperoni pizza

"O dedi ki, hər şey yaxşıdır, başqa heç nə yoxdur" deyən Armen İşxanyan oktyabrın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin atasına baş çəkdiklərini bildirib. 

Azərbaycanın Xocavənd rayonunda anadan olmuş 1958-ci il təvəllüdlü Davit İşxanyan 3 oktyabr 2023-cü il tarixində Xankəndidə saxlanılaraq Bakıya gətirilib. 

Məhkəmə onun barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. 

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-3.2 (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə) və digər maddələrilə ittiham edilməklə məsuliyyətə cəlb olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!