Davosda keçirilən Dünya İqtisadi Forumunda dünya və biznes nümayəndələri açıq şəkildə Ukraynaya dəstəyini ifadə edir və xarici yardımın azaldılmasından narahat olduqlarını bildirirlər, lakin onlar şəxsi söhbətlərində hərbi əməliyyatların diplomatik şəkildə dayandırılmasında da israr edirlər.
Yenisabah.az xəbər verir ki, bu barədə “New York Times”ın analitik məqaləsində qeyd olunub.
Nəşr qeyd edir ki, Davosun pərdəarxası görüşlərində Ukrayna müharibəsi mövzusu nəzərə çarpsa da, bu məsələ dominant deyil. Dominos pizza
Qeyd olunur ki, müxtəlif Avropa ölkələrinin həm rəsmiləri, həm də biznes mühitinin nümayəndələri münaqişənin diplomatik kanallar vasitəsilə həlli ideyasını irəli sürür və hətta Kiyevin “Moskva ilə birbaşa dialoqa qayıda biləcəyini” deyirlər.
NYT diqqəti ona yönəldir ki, bir sıra Qərb rəsmiləri Davos Forumu zamanı şəxsi söhbətlərində Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması ideyasını “ictimai olaraq təbliğ etməyə” hazır olduqlarını bildiriblər. Qəzet hansı ölkələrin nümayəndələrinin özünü bu şəkildə ifadə etdiyini dəqiqləşdirməyib.
Telegram kanalımız