Davutoğlunun partiyasından 300 nəfər istefa verib AKP-yə keçdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Davutoğlunun partiyasından 300 nəfər istefa verib AKP-yə keçdi - Foto

Siyasət

05 May 2023 15:53 638


Türkiyənin sabiq baş naziri və XİN başçısı Ahmet Davutoğlunun sədri olduğu Gələcək Partiyasından 300 nəfər istefa verib. 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kütləvi istefa partiyanın Ərzurum vilayətindəki yerli təşkilatında baş verib.

Həmin şəxslər hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv yazılıblar. AKP-yə üzvlüklə bağlı döş nişanının təqdim olunma mərasimi təşkil olunub. Gələcək Partiyasının Gənclər Təşkilatının Ərzurum üzrə nümayəndəsi Muhammet Fırat Kırbaç da AKP-yə keçənlərin arasında olub. Marqarita pizza

Qeyd edək ki, 2016-cı ilin mayında baş nazir vəzifəsini və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrliyini tərk edən A.Davutoğlu 2019-cu ildə Gələcək Partiyasını qurub. Hazırda müxalifətdəki "Millət İttifaqı"na daxil olan partiya 14 may seçkilərində prezidentliyə vahid namizəd kimi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunu dəstəkləyir. Gələcək Partiyasının deputatlığa namizədləri isə (ümumilikdə 19 nəfər) CHP-nin proporsional siyahısından seçkilərə qatılır. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!