Daxili işlər naziri xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Daxili işlər naziri xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - Video

Rəsmi

04 Fevral 2025 18:18 462


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 4-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 203 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri Vətən müharibəsi iştirakçısıdır. Toyuqlu pizza

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!