Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi uzunboğaz botinkaların, rezin çəkmələrin, fərqlənmə və fərqləndirmə nişanlarının satınalınması məqsədilə tender elan edib.
“Yeni Sabah” xəbər verir ki, tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində əşya əmlakının keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcək. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak haqqı Lot-1üzrə 700 manat, Lot-2 üzrə isə 200 manatdır. pizza mizza
Telegram kanalımız