Daxili İşlər Nazirliyindən vətəndaşlara XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Daxili İşlər Nazirliyindən vətəndaşlara XƏBƏRDARLIQ

Sosial

18 İyun 2025 20:31 1533


Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı müəyyən olunmuş normalara əməl olunmasına dair nəzarət tədbirləri davam etdirilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaşların haqlı narazılığına səbəb olan bu cür hallar aşkarlandıqda, ərazi üzrə polis orqanları tərəfindən tədbirlər görülür. Marqarita pizza

Həmçinin qeyd olunub ki, gecə saat 00:00-dan sonra yaşayış məntəqələrində hərəkətdə olan nəqliyyat vasitələrində yüksək səslə musiqiyə qulaq asmaq və tez-tez səs siqnalından istifadə etmək qanunla qadağandır. Bu cür hallar ictimai asayişin pozulması hesab olunur və nəqliyyat vasitəsinin saxlanılması üçün qanuni əsas yaradır.

"Bir daha qeyd edək ki, məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Xəbərdarlıqlara baxmayaraq belə hallara təkrar yol verən şəxslər barəsində daha sərt tədbirlərin görülməsi nəzərdə tutulur", - deyə DİN-dən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!