DÇ-2026-nın finalının biletləri BAHALAŞIR: Qiymətlər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

DÇ-2026-nın finalının biletləri BAHALAŞIR: Qiymətlər açıqlandı

İdman

03 Aprel 2026 19:36 623


FIFA 2026-cı ildə keçiriləcək dünya çempionatının həlledici final matçı üçün bilet qiymətlərində ciddi artıma gedib.

"Yeni Sabah" Oxu.Az-a stinadən xəbər verir ki, azarkeşlər final qarşılaşmasını ən yaxşı yerdən izləmək üçün artıq 10 990 dollarından keçməli olacaqlar. Qeyd edək ki, bu biletin əvvəlki qiyməti 8 680 dollar təşkil edirdi.

Artım digər kateqoriyalara da təsirsiz ötüşməyib. Belə ki, ikinci kateqoriyalı biletlərin qiyməti 5 575 dollardan 7 380 dollara, üçüncü kateqoriya üzrə isə 4 185 dollardan 5 785 dollara qədər yüksəlib. pizza sifarişi

Xatırladaq ki, dünya çempionatının final oyunu iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatındakı İst-Raterford şəhərində təşkil olunacaq.

Ümumilikdə isə 2026-cı ilin dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadanın yaşıl meydanlarında baş tutacaq. Bu mundial özəlliyi ilə də seçiləcək - final mərhələsində ilk dəfə olaraq 48 milli komanda çempionluq uğrunda mübarizə aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!