“Dedi ki, mənim işim pul saymaqdır, kitab oxumaq deyil” - Maraqlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Dedi ki, mənim işim pul saymaqdır, kitab oxumaq deyil” - Maraqlı açıqlama

Yazar

01 Mart 2024 17:23 15187


“Uşaq və yeniyetmələr, hətta gənclər arasında bədii ədəbiyyata, kitaba marağın aşağı olması son vaxtlar üzləşdiyimiz ən ciddi problemlərdən biridir. Bunun müxtəlif səbəbləri var. Bəlkə də yazıçılar, jurnalistlər, naşirlər yeni kitab və əsərləri yetərincə təbliğ edə bilmirlər. Bəlkə də kitaba, ədəbiyyata marağı ailələr, bağçalar, məktəblər, yetərincə aşılaya bilmir. Amma məncə əsas səbəb ixtisaslaşma, yəni orta məktəbdə həyata keçirilən təhsil siyasəti ilə bağlıdır”. 

Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. 

Seymur Verdizadə sözlərinə belə davam edib: “Bilirsiniz ki, uşaqlar tələbə olmaq üçün 9-cu sinifdən başlayaraq müxtəlif fənnlərə yönəlirlər və müxtəlif qruplar üzrə hazırlıq dərsləri keçilir. 1-ci, 2-ci, 4-cü qrupda demək olar ki, ədəbiyyatla bağlı heç nə tədris olunmur, heç nə soruşulmur və uşaq da düşünür ki, əgər mən imtahanda Səməd Vurğundan, Nizamidən, Füzulidən hansısa suala cavab verməyəcəmsə, niyə əlavə vaxt və enerji sərf edib onların yaradıcılığını öyrənməliyəm, onların əsərlərini oxumalıyam? Dördpendirli pizza

Mən adam tanıyıram ki, ölkənin kifayət qədər böyük banklarının birində departament rəhbəri vəzifəsində çalışır. Həmin adam özü etiraf etdi ki, bu günə kimi bir bədii kitab da oxumayıb. Səbəbini soruşanda isə dedi ki, mən tamam başqa sahənin adamıyam, mənim işim pul saymaqdır. Şeir əzbərləməklə pul saymaq arasında hər hansı rabitə görmürəm. Hətta buna görə məni qınadı ki, niyə siz bank işçisindən hansısa bir bədii ədəbiyyat oxumağı tələb edirsiniz? Halbuki bizim uşaqlıq, yeniyetməlik dövrümüzdə yəni, 80-ci illərin əvvəllərindən axırlarına kimi ədəbiyyata böyük bir maraq var idi. İnsanlar dünyagörüşlərini genişləndirmək, söz ehtiyatlarını artırmaq, ədəbi-bədii estetik zövqə malik olmaq üçün kitab oxuyurdular. 

Kitab oxumamağın ən böyük bəlası odur ki, bugünkü yeniyetmə və gənclərin çoxu fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Hətta xeyli gənc tanıyıram ki, cümlə qurmağa belə çətinlik çəkir. Çünki söz ehtiyatı azdır. Hesab edirəm ki, gənclər, uşaq və yeniyetmələr arasında ədəbiyyatı təbliğ etmək, mütaliə vərdişlərini artırmaq üçün hamılıqla səfərbər olmalıyıq. Mütailəyə maraq həm də ona görə azdır ki, kitab oxumaq indi pul gətirmir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    HÖRMƏTLİ SEYMUR BƏY HAL- HAZIRDA AZƏRBAYCAN ŞAİR VƏ YAZIÇILARI O QƏDƏR CILIZLAŞIBLAR Kİ KİTABA MARAQ ÖLÜB.
    2 years ago