Dedim, ey yemişbaş yazıçı, vətən həm də xiyarlarındır...

Dedim, ey yemişbaş yazıçı, vətən həm də xiyarlarındır...

Yazar Saytların hazırlanması

27 İyun 2022 12:07 5636


Sabah Şuşaya gedirəm. 

Axırıncı dəfə 1989-cu ildə atamla Xankəndi tərəfki "zapravka"da Laçın maşını gözləmişəm. Qış idi. Üşüyürdüm. 

13 yaşım vardı onda.  

Gör nə qədər vaxt keçib. Düz bir qərinə. Yəni 33 il.... 

Heç adam da 33 il həsrət çəkər?

Ömrümüzü yedi şərəfsizlər. Həm ermənilər, həm özümüzünkülər. Biri torpağımızı qamarladı, o biri haqqımızı. 

Azad olunandan sonra Şuşaya getməyə həvəs göstərmirdim. Çünki harda bir məzmunsuz adam vardı Şuşadan boy göstərirdi. Azadlığımızın, ruzimizin, ləyaqətimizin qəsdinə duranlar "Cıdır düzü"ndən vətənpərvər pozalar verir, Xarıbülüllə şəkil çəkdirir, arada kövrəlib ağlayırdılar. 

Adam lap iyrənirdi! 

Sonra bir az müdrik düşündüm. Dedim, ey yemişbaş yazıçı, axı vətən həm də bu xiyarlarındır. Çox yuxarıdan getmə, çantanı yığışdır, eynəyini sil, yola hazırlaş.

Bəli, özüm özümə dedim, özüm də özümü eşitdim. 

Məndən çıxmayan iş! 

Adam oluram yavaş-yavaş...

Şərif Ağ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!