Bu gün səhər saatlarından Sumqayıt - Bakı yolunda güclü tıxac yaranıb.
“Yeni Sabah” “Report”a istinadla xəbər verir ki, tıxac magistral yolun Xırdalan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, yolun bir tərəfində qəbiristanlıqda dəfn mərasiminin keçirilməsi tıxaca səbəb olub. Əraziyə DYP əməkdaşları cəlb olunub. Dördpendirli pizza
Hazırda tıxacın aradan qaldırılması üçün tədbirlər görülür.
Telegram kanalımız