“Dəhşətə gəldim, əsgərlərimiz o dağlara necə qalxıb?“   - Şuşadan qayıdan xanəndə

saytların hazırlanması

Evə çatdırılma

“Dəhşətə gəldim, əsgərlərimiz o dağlara necə qalxıb?“ - Şuşadan qayıdan xanəndə

Mədəniyyət

09 Yanvar 2021 09:45 1160


Xalq artisti Nəzakət Teymurova "Bizimləsən" proqramının virtual qonağı olub.

Yenisabah.az xəbər verir ki, xanəndə bir müddət əvvəl getdiyi Şuşa ilə bağlı təəssüratlarını bölüşüb.

Göz yaşlarını saxlaya bilməyən müğənni ora ayaq basanda əvvəl torpağı öpdüyünü deyib: "O qədər həyəcanlı idim. Kamança ifaçısı Elşənlə məscidin yanına çəkilib ağladıq. pizza sifarişi

Gedib məscidin kənarında dizimi yerə qoyub torpağı öpdüm. Sonra girib namaz qıldım, Allaha şükür etdim. Yol boyu dəhşətə gəlirdim, əsgərlərimiz necə qalxıb o dağlara.

Onlar hansı yerlərdən keçib o dağlara qalxmışdı. Məscidin yanında gizlənib ağladım ki, heç kim görməsin. Paltarlarım da qara batmışdı".

"Cavan bacım rəhmətə getmişdi, atamın yanında dəfn olunub. Onun məzarını dağıdıblar. Bu yaxınlarda Ağdamda tədbir olmalıdır. Demişdim, birinci gedim atamın, bacımın qəbrini ziyarət edim, sonra tədbirə qatılım".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!