DƏHŞƏTLİ OLAY: ata oğlunun göbəyinə spirt töküb od vurdu

saytların hazırlanması

Evə çatdırılma

DƏHŞƏTLİ OLAY: ata oğlunun göbəyinə spirt töküb od vurdu

Kriminal

08 İyul 2024 09:14 1086


Kursk sakini cəza olaraq kiçik oğlunu yandırıb. 

Yenisabah.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb. 

Bildirilib ki, iyulun 5-də doqquz yaşlı uşaq evdə şamla oynayırmış. O, təcrübə aparıb və təsadüfən tökülən spirti yandırıb. Bu zaman onun yanında bir yaşlı bacısı olub. Qız kiçik yanğından yanıq xəsarətləri alıb.  pizza sifarişi

Uşaqların qışqırtısını eşidən valideynlər uşaqların yanına qaçaraq yanğını söndürüblər. Lakin uşağın 38 yaşlı atası özündən çıxıb və onu cəzalandırmaq qərarına gəlib. Həmin şəxs uşağın şalvarını çıxarıb, uşağın göbəyinə spirt tökərək yandırıb. 

"Telegram" kanalının məlumatına görə, o, bunu oğlanın kiçik bacısının necə hiss etdiyini dəqiq başa düşməsi üçün edib. 

Nəticədə hər iki uşağın tibbi yardıma ehtiyacı olub. Onlar hazırda rayon uşaq xəstəxanasındadırlar, vəziyyətləri stabildir. Ata isə həbs edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!