Dəhşətli qəzada ölənlərin sayı 41-ə çatdı – Moskva şokda

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli qəzada ölənlərin sayı 41-ə çatdı – Moskva şokda

Dünya

06 May 2019 05:37 1316


Moskva - Murmansk reysi üzrə uçan sərnişin təyyarəsi göyərtədə baş verən yanğın nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb.
“Yeni Sabah” xəbər verir ki, bunu İstintaq Komitəsinin nəqliyyat üzrə Moskva Regionlararası İdarəsinin nümayəndəsi Yelena Markovskaya bildirib. Hazırda bütün xilasetmə işləri başa çatıb. 
Xatırladaq ki, dünən Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Göyərtəsində 78 nəfər olan təyyarə Moskvadan Murmanska uçurmuş. "Şeremetyevo" hava limanında qəza enişi etdikdən sonra isə "Sukhoi Superjet 100" alışıb. Təyyarənin ekipajı bildirib ki, yanğın təyyarəni ildırım vurduğuna görə baş verib.
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!