Yeni Zelandiyada cümə namazı zamanı məscidə hücum edərək onlarla insanın ölümünə və yaralanmasına səbəb olan terrorçunun ölməzdən əvvəl 70 səhifəlik manifesto yaydığı, prezident Ərdoğan ilə türk xalqını hədəfə aldığı bəlli olub.
“Yeni Sabah” xəbər verir ki, Brenton Tarrant adlı 28 yaşlı terrorçu hücumdan əvvəl yaydığı bildirişdə yazıb: “Boğazın şərq tərəfində dinc şəkildə yaşaya bilərsiniz. Lakin Avropa torpaqlarında, Boğazın qərbindəki yerlərdə yaşaya bilməzsiniz. Sizi öldürüb torpaqlarımızdan qovarıq. İstanbula gələcək və bütün məscidlər ilə minarələri yıxacağıq. Ayasofyanı minarələrdən xilas edəcəyik. İstanbul yenidən xristian torpağı olacaqdır”.
Telegram kanalımız