Dekabr 2025 astroloji baxımdan bir çox bürc üçün dönüşüm və motivasiya dolu olacaq.
“Yeni Sabah” xəbər verir ki, xüsusilə 5 bürc, Qoç, Əkizlər, Xərçəng, Oxatan və Oğlaq dekabr boyunca güclü göy enerjiləri ilə dəstəklənəcək, iş və şəxsi həyatlarında mühüm irəliləyişlər əldə edə biləcəklər.
Ayın ilk böyük göy hadisəsi 5 dekabrda Əkizlər bürcündə baş tutacaq Dolunaydır. Bu Dolunay ünsiyyəti gücləndirir və insanların özlərini ifadə etmə tərzini müsbət təsir edir. 10 dekabrda Neptunun düz hərəkətə keçməsi, tərəddüdləri azaldaraq daha aydın düşünmə imkanı yaradır. 11 dekabrda Merkuri Oxatana keçir və sosial əlaqələr, yeni tanışlıqlar üçün əlverişli şərait yaradır. Dördpendirli pizza
Ardınca 15 dekabrda Marsın Oğlağa keçidi karyera və hədəflərlə bağlı enerjini artırır. 20 dekabrda Oxatan bürcündə Yeni Ay şəxsi inkişaf və motivasiya üçün yeni imkanlar açır. 21 və 24 dekabrda Günəş və Veneranın Oğlağa keçməsiisə həm maliyyə, həm də emosional həyatda tarazlıq qurur.
Qoç
Oxatan mövsümü Qoçlara özünü yenidən kəşf və cəsarət gətirir. 11 dekabrdakı Merkuri keçidi öyrənmə və araşdırma sahəsində uğuru dəstəkləyir. Marsın karyera evinə keçməsi iş layihələrində irəliləyişi sürətləndirir.
Əkizlər
5 dekabrdakı Dolunay son 6 ayın uğurlarını üzə çıxarır. Merkuri keçidi Əkizlərə ünsiyyətdə üstünlük qazandırır. 19 dekabr Yeni Ayı şəxsi və romantik münasibətlərdə inkişaf imkanı yaradır.
Xərçəng
15 dekabrdan Mars münasibətlərdə tarazlığı önə çıxarır. 21 və 24 dekabr keçidləri empatiya və anlayışı gücləndirir, Xərçənglərə iş və şəxsi həyatda etibar qazandırır.
Oxatan
Dolunay keçmiş bağlardan azad olmağa şərait yaradır. Yeni Ay şəxsi gücü artırır. Neptunun düz hərəkəti ev və ailə ilə bağlı yenilikləri gündəmə gətirir.
Oğlaq
Dekabr Oğlaqlar üçün motivasiya və uğurla dolu bir dövrdür. 5 dekabr Dolunayı əməkdaşlıq və etibarın önəmini vurğulayır. Marsın bürcünüzə keçməsi hədəflərə doğru daha qətiyyətli addımlar atmağa imkan verir. Ayın sonunda Günəş və Venera sevgini və harmoniyanı gücləndirir.
Aytac Əliyeva
Telegram kanalımız