Dələduzlardan özümüzü necə qoruyaq? - Video

saytların hazırlanması

Evə çatdırılma

Dələduzlardan özümüzü necə qoruyaq? - Video

Sosial

19 Aprel 2025 15:46 653


Son bir həftə ərzində dələduzlar vətəndaşların bank hesablarından 180 min manatdan çox pul oğurlayıb.

Son zamanlar demək olar ki, bütün informasiya platformalarında kiberhücumlarla bağlı kifayət qədər məlumat paylaşılsa da, belə dələduzların qurbanları günbəgün artır.

Dələduzlar vətəndaşları aldatmaq üçün adətən özlərini ya bank əməkdaşı, ya da süni intellekt vasitəsilə səs eyniləşdirilməsi aparıb zərərçəkənin qohumu qismində təqdim edirlər. pizza sifarişi

Vətəndaş bir də ayılır ki, pulu oğurlanıb. Ekspertlər arzuolunmaz hallardan qorunmaq üçün iki yol təklif edirlər.

"Xarici nömrələrdən gələn zənglərə diqqət etmək lazımdır. Bank və ya dövlət qurumu adı ilə müraciət olunursa, bu, dələduzluq növüdür. Bundan əlavə, heç kimə bizə məxsus olan məlumatları ötürməməliyik. Bununla da özümüzü bütün təhlükələrdən qorumuş olarıq", - deyə informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib.

Ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!