“Delimitasiya komissiyalarının iclasını 31 oktyabrda Brüsseldə keçirməyi təklif etmişik”

saytların hazırlanması

Evə çatdırılma

“Delimitasiya komissiyalarının iclasını 31 oktyabrda Brüsseldə keçirməyi təklif etmişik”

Siyasət

15 Oktyabr 2022 15:41 837


Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə delimitasiya üzrə komissiya iclasını keçirməyi təklif edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Twitter” hesabında məlumat verib.

Müvafiq məsələ oktyabrın 2-də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın Cenevrədə keçirilən görüşündə müzakirə olunub.  Pepperoni pizza

Qeyd edək ki, komissiyalara Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan rəhbərlik edir.

Qriqoryan və Mustafayev arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya formatında ilk görüş mayın 24-də Ermənistan və Azərbaycan sərhədində, ikinci görüş avqustun 30-da Moskvada Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!