“YAP-ın adından Delyaginə görə hər hansı etiraz məktubu olmayacaq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
O qeyd edib: Toyuqlu pizza
“Bir neçə gün əvvəl Mixail Delyagin “Rossiya-1” telekanalında Azərbayacana qarşı təxribat dolu bəyanatla çıxış edib və neft sənayemizə raket zərbələri endirilməsini dilə gətirib. Əslində, Kremlin sözçüsü Dmitri Peskov, həmçinin Rusiya XİN-in sözçüsü Mariya Zaxarova buna təpki veriblər. Onlar qeyd edib ki, bu, Rusiya Federasiyasının rəsmi fikri deyil. Amma istənilən halda Dumanın rəhbərliyi də bununla bağlı tədbir görməlidir.
Mixail Delyagin çıxışına görə üzrxahlıq edib. Lakin məlum çıxışda Azərbaycana qarşı bir sıra ittihamlar irəli sürülüb, o cümlədən ölkəmiz əleyhinə açıq silahlı çağırış edilib. Bununla bağlı Delyaginə qarşı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir neçə maddə üzrə cinayət işi açılıb və o, beynəlxaq axtarışa verilib”.
YAP funksionerinin sözlərinə görə, M. Delyaginin bu açıqlamasına YAP üzvləri də çox ciddi və sərt təpki veriblər:
“Əlbəttə, bu, qəbulolunmaz haldır. Vaxtilə Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun Qarabağa qanunsuz səfəri ilə bağlı da YAP Rusiyanın hakim “Edinaya Rossiya” Partiyasının sədri Dmitri Medvedyevə etiraz məktubu göndərmişdi. Delyaginin bu çıxışından sonra artıq dövlət qurumları, xüsusən də Baş Prokurorluq tərəfindən ciddi reaksiya verilməsi və cinayət işinin açılması, onun beynəlxalq axtarışa verilməsi, daha sonra Rusiya rəsmilərinin buna reaksiyasından da görünür ki, Rusiyada da ona ciddi etiraz var.
Düşünürəm ki, indiki məqamda partiyamız adından hər hansı etiraz məktubu olmayacaq, çünki artıq Baş Prokurorluq tərəfindən müvafiq tədbirlər görülüb. Amma məktub göndərilməsi hər halda istisna olunmur”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız