"Bu cür bəyanatları tamamilə qəbuledilməz və məsuliyyətsiz hesab edirik".
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, rusiyalı deputat Mixail Delyaqinin Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda Azərbaycanın neft infrastrukturuna zərbələrin endirilməsi ehtimalı ilə bağlı bəyanatını şərh edib. pizza hut
Zaxarovanın sözlərinə görə, bu cür bəyanatlar heç bir halda Rusiyanın Bakı ilə müttəfiqlik və strateji tərəfdaşlıq qurmağa yönəlmiş rəsmi mövqeyini əks etdirmir:
“Əminik ki, Rusiya Federasiyası Dövlət Dumasının rəhbərliyi bu cür təxribat xarakterli bəyanatlara müvafiq qiymət verəcək”.
Xatırladaq ki, Dövlət Dumasının deputatı Mixail Delyagin “Rossiya” telekanalının “60 dəqiqə” proqramının efirində "Dağlıq Qarabağda törətdiyi əməllərə görə Türkiyə vəkili olan Azərbaycanı sərt və birmənalı şəkildə cəzalandırmağ"a çağırıb.
Telegram kanalımız