"Şuşa Bəyannaməsi çərçivəsində bu məsələni özümüzə qarşı edilmiş bir təhdid sayırıq”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi Yücel Karauz deyib.
O, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycan haqqında səsləndirdiyi məlum fikirləri şərh edib: Sezar pizza
“Türkiyə olaraq bunu belə dəyərləndiririk. Heç kim Azərbaycanı yalnız zənn etməməlidir. Hər zaman ifadə edirik, Bakının təhlükəsizliyi Ankaranın təhlükəsizliyidir”.
Xatırladaq ki, həmin açıqlamadan sonra Mixail Delyagin öz “Facebook” səhifəsində Azərbaycan xalqından üzr istədiyini bildirib.
Telegram kanalımız