Delyaqinin partiyası da Azərbaycandan üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Delyaqinin partiyası da Azərbaycandan üzr istədi

Siyasət

29 Mart 2022 21:58 424


“Spravedlivaya Rossiya” partiyasının rəyasət heyətinin katibi, Rusiya Dövlət Dumasının III-VII çağırış deputatı Oleq Şein partiyadaşı Mixail Delyaqinin Azərbaycanın ünvanına Rusiyanın dövlət telekanallarında səsləndirdiyi təhqir və təhdidlərlə bağlı Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adına məktub ünvanlanyıb.

Səfirliyin mətbuat xidmətindən Yenisabah.az-a məlumata görə, məktubda Oleq Şein sağlam düşüncəsini itirməmiş Rusiya vətəndaşları adından həmpartiyalısı, Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiya televiziyasında səsləndirdiyi fikirləri ilə bağlı üzr istəyib, soydaşlarının əksər çoxluğunun Azərbaycanı dost ölkə, Azərbaycan xalqını isə mehriban qonşu kimi qəbul etdiklərini vurğulayıb.

Eyni zamanda Oleq Şein təmsil etdiyi partiyanın rəhbərliyinə daxil olan bir şəxs kimi gələcəkdə belə insidentlərin baş verməməsi üçün müvafiq addımlar atdığını da bildirib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!