“Dəm qazı ilə bağlı 50-dən çox müraciət olub” – Baş toksikoloq

saytların hazırlanması

Evə çatdırılma

“Dəm qazı ilə bağlı 50-dən çox müraciət olub” – Baş toksikoloq

Sosial

12 Fevral 2019 18:48 957


“Son bir ayda dəm qazı ilə bağlı mərkəzimizə 50-dən çox müraciət daxil olub. Bunlardan 28 nəfər xəstəxanaya yerləşdirilib”.

Bunu “Yeni Sabah”a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri, baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, hazırda dəm qazı zəhərlənməsi ilə bağlı müraciətlərin sayı azdır:

“Müraciət edənlərin əksəriyyəti qadınlardır.  Dəm qazından ölənlər ümumuyyətlə olmayıb. Son zamanlar hava yaxşı olduğu üçün bu istiqamətdə  müraciətlər də azalıb. Dünən gecə mərkəzimizə 3 nəfər dəm qazı ilə bağlı müraciət edib, onlara məsləhət verilib. Bu gün də cəmi bir müraciət daxil olub”. Toyuqlu pizza

“Qazla işləyən cihazların olduğu yerlərə mütləq diqqət edilməli və nəzarətsiz qoyulmamalıdır. Həm də hamam otağında qapalı mühit yaranır. Bu baxımdan rejimə əməl edilməli, nəfəslik açıq saxlanılmalıdır” - deyə A.Maqsudov qeyd edib.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!