Dəm qazından zəhərlənən şəxsin vəziyyəti orta-ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Dəm qazından zəhərlənən şəxsin vəziyyəti orta-ağırdır

Hadisə

03 Aprel 2026 17:27 533


Tağıyev qəsəbəsində aprelin 1-də hamamda dəm qazından zəhərlənən 6 nəfər (4 oğlan, 2 qız) bu gün saat 15:00 radələrində yenidən xəstəxanaya yerləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, Sumqayıt Tibb Mərkəzidə dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən şəxslərdən 5 nəfər Yoluxucu xəstəliklər şöbəsinə, 1 nəfər isə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onların müalicələri davam etdirilir, 5 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Pepperoni pizza

Xatırlatma: aprelin 1-i saat 18:10 radələrindən başlayaraq Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvünün dəm qazından zəhərlənmə hadisəsi baş verib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!