Türkiyəli müğənni Demet Akalın da "Oskar" mərasimində yaşanan qalmaqala biganə qalmayıb.
Yenisabah.az xəbər verir ki, o, komediyaçı Kris Roka şillə vuran Uill Smitə dəstək olub.
Müğənni “Twitter” hesabından paylaşım edərək, "25 ildir evlidir, xanımına dəyər verib. Əllərinə sağlıq" - deyə şərh yazıb. pizza hut
Demet Akalının bu paylaşımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri müğənnin şiddətə dəstək verdiyini yazaraq onu tənqid atəşinə tutublar.
Telegram kanalımız