Demet Akalını Bakıya hansı məmurun gətirdiyi  bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Demet Akalını Bakıya hansı məmurun gətirdiyi bəlli oldu

Xalqın səsi

15 Mart 2019 12:36 1687


Bir müddət öncə Türkiyənin məşhur müğənnisi Demet Akalın Bakıya sünnət toyuna gəlib.

İfaçı Böyük saray restoranında baş tutan məclisdə mini konsert verib və ev sahibi Gülü Şəmşirliyə təşəkkür edib. 

Demetin kim tərəfindən dəvət alması, tələb etdiyi qonorar müzakirə mövzusuna çevrilib. Çünki sözügedən müğənni Türkiyənin ən məşhur və böyük məbləğdə qonorarlarda adı hallanan sənətçilərindəndir. Sezar pizza

Onu Azərbaycana gətirən məmurla bağlı isə müxtəlif müzakirələr gedir. Belə ki, Demetin adını hallandırdığı Şəmşirliyə gəlincə Azərbaycanda tək məşhur Şəhriyar Şəmşirlidir ki, o da Abşeron rayonunun polis rəisidir. 

Şəhriyar "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun qardaşıdır. Onların analarının adı isə Gülüdür.

Onu da qeyd edək ki, Demetin Azərbaycana 120 min dollar qonorar qarşılığında gəldiyi deyilir.

Posta.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!