“Dəmir yumruq” yenidən işə düşsə, onların başlarını əzəcək” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Dəmir yumruq” yenidən işə düşsə, onların başlarını əzəcək” - Deputat

Siyasət

13 May 2023 13:14 628


“Təxribatlar Ermənistanın İkinci Qarabağ Müharibəsindəki acı məğlubiyyətindən irəli gəlir".

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Sədaqət Vəliyeva deyib.

O, qeyd edib ki, Ermənistan növbəti dəfə öz imzasına hörmət etməyərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.: Toyuqlu pizza

“Sülhə və inkişafa təhdid dövlət olan Ermənistan təxribatlara əl atmaqla regionda gərginliyin yaranmasına çalışır. Son günlər ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribatlar nəticəsində Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu şəhid olmuşdur. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

Törədilmiş təxribatlar rəsmi İrəvanın iç üzünü, terror xislətini ortaya qoyur və eyni zamanda bütün bunlar Ermənistanın İkinci Qarabağ Müharibəsindəki acı məğlubiyyətindən irəli gəlir. 

Bu gün Ermənistan dünya miqyasında terroru dövlət səviyyəsində dəstəkləyən, heç bir nüfuzu və gücü olmayan, etibarsız dövlət kimi tanınır. Əlbətdə bütün bunların əsas səbəbkarı Ermənistanda həyata keçirilən revanşist siyasətdir. Revanşist qüvvələr şəxsi mənafeləri naminə Ermənistanı dünyada biabır etməklə yanaşı öz ölkələrini uçuruma aparırlar.

Təəssüf ki, Ermənistan mövcud vəziyyəti yenə də düzgün dəyərləndirmir, təxribatlara əl ataraq öz sonunu yaxınlaşdırır. Belə vəziyyətdə Ermənistanın yalnız və yalnız bir xilas və çıxış yolu vardır: revanşist və terrorçuluq siyasətinə son qoyaraq, sülh siyasətinə qoşulmaq və Azərbaycan ilə yekun sülh sazişi bağlamaq. Əks təqdirdə Ermənistanın sonu və bir dövlət olaraq dünya xəritəsindən silinməsi qaçılmaz olacaqdır. İrəvan hakimiyyəti birmənalı olaraq anlamalıdır ki, Cənab Prezident İlham Əliyevin dəmir yumruğu hər zaman yerindədir. Əgər Ermənistan terrorçuluq və revanşist siyasətinə davam edərsə, “Dəmir yumruq” yenidən işə düşəcək və onların başlarını əzəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!