Demirtaş: Kılıçdaroğlu bütün xalqın namizədinə çevriləcək 

saytların hazırlanması

Evə çatdırılma

Demirtaş: Kılıçdaroğlu bütün xalqın namizədinə çevriləcək 

Siyasət

09 Mart 2023 16:10 778


Türkiyənin müxalif Xalqların Demokratik Partiyasının (HDP) hazırda həbsdə olan sabiq həmsədri Selahettin Demirtaş seçkilər barədə danışıb. 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalist Ruşen Çakırın ona göndərdiyi sualları cavablandıran siyasətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğluna dəstəyini ifadə edib.

"Kılıçdaroğlunun namizədliyinə necə baxırsınız?" sualını Demirtaş belə cavablandırıb. pizza sifarişi

"Düşünürəm ki, "Millət İttifaqı"nın yox, bütün xalqın vahid namizədinə çevriləcək. Cənab Kılıçdaroğlunun dəyişikliklər mövzusunda səmimi və cəsur olduğuna inanıram", - deyə o bildirib.

Bundan əvvəl HDP-nin həmsədri Mithat Sancar da Kılıçdaroğlunu dəstəklədiklərini və bu mövzuda müzakirələr aparmaq üçün partiya qərargahına dəvət etdiklərini açıqlamışdı. CHP sədri dəvətə müsbət cavab verərək HDP ilə müzakirələrin anonsunu vermişdi.

Qeyd edək ki, seçkilərin 14 mayda keçirilməsi gözlənilir. Martın 6-da Kılıçdaroğlu "Millət İttifaqı"nın vahid namizədi elan olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!