Deputat: ABŞ Zəngəzur dəhlizinin formalaşmasında iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Deputat: ABŞ Zəngəzur dəhlizinin formalaşmasında iştirak edəcək

Siyasət

21 Aprel 2026 12:10 340


Regiondakı gərginliyə baxmayaraq ABŞ Zəngəzur dəhlizinin formalaşmasında iştirak edərək bu layihəni mütləq reallığa çevirəcək. Burada söhbət ABŞ-ın geosiyasi maraqlarından başqa onun beynəlxalq nüfuzundan və şəxsən Prezident Donald Trampın siyasi reytinqindən gedir. Zəngəzur dəhlizinin “Tramp yolu” adlandırılması da təsadüfi deyil. ABŞ Prezidenti şəxsi nüfuzunu mühafizə edəcək və bu layihənin tikintisinə böyük dəstək verəcək.

"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, ABŞ-İran müharibəsi bu layihənin gecikməsinə səbəb olsa da onun dayanmasına səbəb ola bilməz: pizza sifarişi

“Əvvələ ABŞ layihənin həyata keçirilməsi üçün 400 milyon dollar vəsait ayırıb və ABŞ-ın Vitse-prezidentinin regiona səfəri də təsadüfi deyildi. Azərbaycan öz ərazisindəki infrastrukturu tam yeniləyib və yeni dəmir, avtomobil yolları çəkib. Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq. Təxminən 140 kilometrlik yolun tikinti işlərinin 80 faizi həyata keçirilib. Dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin tikintisini isə ABŞ şirkətləri həyata keçirəcək. Prosesin yubanmasının səbəbi Yaxın Şərqdəki gərgin geosiyasi vəziyyətdir. Lakin ABŞ ilə İran arasındakı müharibə uzun müddət davam edə bilməz. Artıq tərəflər danışıqlara başlayıblar".

"Zəngəzur dəhlizi ABŞ üçün strateji xarakter daşıyır. ABŞ Mərkəzi Asiya ilə nəqliyyat əlaqəsini Orta Dəhliz vasitəsi ilə qurduğu üçün bu dəhlizin tərkib hissəsi olan Zəngəzur dəhlizi də dünya ticarətində mühüm rol oynayacaq. Bu gün Yaxın Şərqdə və Avrasiyada baş verən müharibələr Orta Dəhlizin aktuallığını artırıb. Bakı Beynəlxalq Ticarət Limanında İran ərazisindən Çinə və Mərkəzi Asiya respublikalarına getmək istəyən nəqliyyat vasitələri müharibə səbəbi ilə Orta Dəhlizi seçiblər ki, bu da onun beynəlxalq səviyyədə aktuallığını daha da artırır”, - deyə S.Qurbanov əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!